Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümündə I təsnifat mərhələsinin təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi qurumları məlumat yayıb.

Bildirilir ki, oktyabrın 7-də keçiriləcək "Qaradağ Lökbatan" – "Şəki" matçını Pərviz İbrahimov idarə edəcək. Həmin gün Şirvan OİK stadionunda baş tutacaq "Şəmkir" – "Ağstafa Gəncləri" oyununun baş hakimi isə Alik Yunusov olacaq.

Oktyabrın 8-də keçiriləcək "Difai" – "Zəngəzur" görüşündə Murad Səlimov, "Marafon" – "Dinamo" qarşılaşmasında Səbuhi Bayramov, "Şirvan" – "Kür-Araz" matçında isə Nazim Abdullayev ədalət təmsilçisi olacaqlar. Mərhələnin oktyabrın 9-da keçiriləcək son oyununda isə "Ağdaş" və "Hypers" komandaları üz-üzə gələcək ki, bu matçın idarəçiliyi Mahmud Bağırzadəyə tapşırılıb.

Qeyd edək ki, turnirin bu mərhələsində baş tutacaq bütün görüşlər Peşəkar Futbol Liqasının "AzPFL" YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

7 oktyabr (çərşənbə)

"Qaradağ Lökbatan" – "Şəki"
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30

"Şəmkir" – "Ağstafa Gəncləri"
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30

8 oktyabr (cümə axşamı)

"Difai" – "Zəngəzur"
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Əliyev
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00

"Marafon" – "Dinamo"
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Marafon Arena", 14:30

"Şirvan" – "Kür-Araz"
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şirvan OİK stadionu, 14:30

9 oktyabr (cümə)

"Ağdaş" – "Hypers"
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Ağdaş şəhər stadionu, 14:30





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right