"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"

Benin millisinin qapıçısı Marsel Dancinu Argentina ilə keçiriləcək yoldaşlıq görüşü barədə danışıb.

Newsport.az xəbər verir ki, qapıçı “Marca”ya açıqlamasında qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Dancinu Lionel Messiyə qarşı oynamağın karyerasında unudulmaz hadisə olacağını deyib:

“Bu, mənim üçün adi oyun deyil. Messinin sonuncu milli matçı olduğunu nəzərə alsaq, belə bir hadisə karyerada bir dəfə baş verir. Amma biz Benini təmsil edirik və ölkəmizin şərəfini qorumağa gəlmişik. Futbolda 11-ə 11 oynayırlar. Qalib də gələ, heç-heçə də edə, uduza da bilərik. Biz Argentinaya gəzməyə yox, mübarizə aparmağa gəlmişik”.

Beninli qolkiper Messi barədə də fikirlərini bölüşüb: “Messi futbolun krallarından biridir. Uşaqlıqdan onun oyunlarını izləyərək böyümüşük. O, sevimli futbolçularımızdan biridir. Onunla eyni meydanda oynamaq inanılmazdır. Heç vaxt bunun baş verəcəyini düşünməzdim. Mənim üçün Messi əsl əfsanədir”.

Dancinu bildirib ki, oyunun son dəqiqəsində Argentina penalti qazansa və zərbəni Messi yerinə yetirsə belə, ona qol vurmağa imkan verməyəcək. “Xeyr. Mən qapıçıyam və vəzifəm topları dəf etməkdir. Hətta son dəqiqədə penalti olsa və onu Messi yerinə yetirsə belə, zərbəni qaytarmağa çalışacağam. Biz Messini şərəfləndirmək üçün buradayıq, amma heç kim deməyib ki, ona qol hədiyyə etməliyik. Üstəlik, Messini tanıyırıq. Onun heç bir hədiyyəyə ehtiyacı yoxdur. Qol vurmaq istəsə, bunun üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, Argentina – Benin oyunu oktyabrın 6-dan 7-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right