"Kəpəz" “Qarabağ” üçün hazırlaşır

Bir günlük istirahətin ardından “Kəpəz” dünən məşqləri bərpa edib.
 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır. 

Sabaha qədər Bakıda məşq edəcək Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən qarşıdakı matçı buraxacaq. 

Komanda Ağdam təmsilçisi ilə oyunun son məşqini Gəncədə keçəcək. “Kəpəz”in Gəncə şəhər stadionundakı məşqi saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right