Roman Qriqorçuk üçün “Şaxtyor” variantı!

Xəbər verdiyimiz kimi Ukraynanın "Şaxtyor” klubu mövsümün sonunda baş məşqçisiz qalacaq.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Mirça Luçesku mövsümün sonunda Donetsk təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyəcək. Vaxtıilə Türkiyədə "Qalatasaray” və "Beşiktaş” kimi ölkələrdə çalışmış mütəxəssis böyük ehtimalla yenidən qardaş ölkəyə qayıdacaq. Belə ki, onun Türkiyənin "Trabzonspor” klubunu çalışdırmaq ehtimalı var. Qara Dəniz təmsilçisinin prezidenti ilə yaxın dost olan Luçeskunun "Trabzonspor”u çalışdırması real görsənir.
Artıq Ukrayna mətbuatı "Şaxtyor”un baş məşqçisi  vəzifəsinə namizdə olan şəxlərin adlarını da açıqlayıblar. Belə ki, həmkarlarımızın 6 nəfərlik siyahısında "Qəbələ”nin hazırkı baş məşqçisi Roman Qriqorçukun və "Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun atası Yuri Vernidubun da adı var.  Həmçinin Miron Markeviç, Razvan Luçesku, Dario Srna və Paço Qomezin də adı namizdələr sırasındadıq.
Qeyd edək ki, "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun "Şaxtyor”u çalışdırmaq iddiası olduqca azdır. Mütəxəssis dövrələrarası fasilədə "Qəbələ” ilə mövsümün sonunda bitəcək müqaviləsinin müddətini artırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right