Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər

UEFA Millətlər Liqasının D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq imkanı var.

Newsport.az xəbər verir ki, bu barədə “Football Mets Data” futbol analitikası və statistikası platfotması məlumat yayıb.

Millətlər Liqasında yeni sistemə əsasən, D Liqasındakı 6 komandanın hamısı avtomatik olaraq C Liqasına yüksələcək. Bununla belə, D Liqasının qrup qalibləri üçün AVRO-2028 baxımından əlavə imkan mövcuddur.

Əgər A, B və C Liqalarının qrup qalibi paralel olaraq AVRO-2028-in seçmə mərhələsində öz qruplarında ilk iki yerdən birini də tutub yarışa birbaşa vəsiqə qazansa, D Liqasının iki qrup qalibindən daha yaxşı nəticə göstərən komanda pley-offa vəsiqə əldə edəcək.

Hazırkı əsasnaməyə görə, D Liqasının digər qrup qalibinin Millətlər Liqası xətti ilə pley-offa çıxması mümkün deyil.

“xPts” proqnozuna əsasən, Azərbaycan D Liqasının iki qrup qalibi arasında ən yaxşı nəticəni göstərəcək komanda kimi qiymətləndirilir. Millimiz bu göstəricidə Maltanı cəmi 0,1 xal qabaqlayır.

Beləliklə, Azərbaycan öz qrupunu qalib başa vurmaqla yanaşı, D Liqasının digər qrupunun qalibindən də daha yaxşı nəticə göstərərsə, müəyyən şərtlər daxilində AVRO-2028-in pley-offuna Millətlər Liqası vasitəsilə vəsiqə qazana bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right