"Sabah"ın Çempionlar Liqası oyunlarına böyük maraq

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələyir. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir. Klub dəstəyə görə bütün azarkeşlərə təşəkkür edir.

Klubun məqsədlərindən biri "Sabah" azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır. Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizi "Sabah Futbol Akademiyası Gələcəyin istedadları" proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.

Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanları da mövcuddur. "Sabah"ın bu tarixi mərhələsinə tərəfdaş kimi qoşulmaq istəyən şirkətlər klubla əlaqə saxlamağa dəvət olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right