Rumıniya Super Liqasında 10-cu turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Çiksereda”nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Cəlal sona kimi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.