Millimizin sabiq üzvü “Rəvan”la müqavilə imzaladı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Elçin Sadıqovun "Rəvan”da baxışda olması və tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
Newsport.az-ın məlumatına görə, Sadıqov artıq "Rəvan”la münasibətlərini rəsmiləşdirib.  "Neftçi”nin yetirməsi, vaxtıilə "Şəmkir”, "Sumqayıt” və AZAL kimi klublarda forma geyinmiş əlcək sahibi Qaraçuxur təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Elçin yeni komandasında 12 nömrəli forma altında çıxış edəcək. 

Onuda əlavə edək ki, Elçin Emin Quliyevin "Rəvan”ı çalışdırdığı müddətdə komandada baxışda olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right