Azərbaycan milli komnandasının sabiq üzvü Mahir Şükürov karyerasını bitirmək ərəfəsindədi və demək olar ki, peşəkar futbolçu karyerasına son qoyub.
Newsport.az-ın məlumatına görə, bir müddət öncə onun Türkiyə I Divizion kluublarından birinə keçmək şansı yaranmışdı. Amma, maddi problemlər səbəbindən Mahir qardaş ölkəyə qayıtmaq istəmədi. Hazırda idman formasından uzaq olan futbolçunun karyerasını bitirmişlər sırasına daxil edə bilərik.
Qeyd edək ki, Mahir Şükürov 11 mövsüm oynadığı Azərbaycan çempionatında əksər iddialı komandaların formasını geyinib. Milli çempionatda 212 oyuna çıxan Şükürov 4 qol vurduğu milli komandanın formasını 76 dəfə geyinib. O, Türkiyə və Rusiya çempionatlarında da mübarizə aparıb.