3 qat Azərbaycan çempionu Braziliyada klub dəyişdi

"Neftçi”nin sabiq futbolçusu Flavinyo Braziliyada klub dəyişib.  

Newsport.az saytının məlumatına görə, Bakı klubundan ayrıldıqdan sonra Braziliya A Seriyasında mübarizə aparan "Şapekoense” klubuna keçən 32 yaşlı futbolçu bu klubdan da ayrılıb. 
 
3 qat Azərbaycan çempionunun yeni klubunun adı da artıq bəlli olub. O, "Klub de Brazil” (CRB) klubu ilə münasibətlərini rəsmiləşdirib. 
 
Qeyd edək ki, Flavinyo 2010-15-ci illərdə "Neftçi”də çıхış edib. 5 ildə 174 rəsmi oyuna çıхan 31 yaşlı futbolçu 38 qol vurmağa nail olmuşdu. Bu müddətdə 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olan "sambaçı” Avropa Liqasının qrup mərhələsində də oynayıb. Flavinyonun "Neftçi”yə qədər vətənində SENE, "Araçatuba”, "Parana”, "Mineyros”, "Qama”, "Ulbra” və "Qremio Barueri”, Koreyada isə "Sonnam”ın formasını geyindiyini də əlavə edək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right