"Sumqayıt" "Qəbələ" üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub.

Newsport.az saytının məlumatına görə, komanda bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb.

Zədəli olduğu üçün "Zirə" ilə qarşılaşmada iştirak etməyən Cəmil Hacıyev artıq məşqlərə başlayıb. Adıçəkilən futbolçu hələki fərdi məşqlərlə kifayətlənir. Vaqif Cavadov isə tam sağalaraq kollektivlə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu fevralın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right