"Qarabağ" yeni transferlərinə görə nə qədər ödəyib? açıqlandı

“Qarabağ”ın yeni transferləri - Reda Xadra və Taofiq İsmahil üçün ödədiyi transfer məbləği açıqlanıb.

Newsport.az Almaniyanın tanınmış "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi alman oyunçu üçün Fransanın “Reyms” klubuna 1 milyon avro ödəyib.

Klub həmçinin nigeriyalı oyunçu üçün Polşanın "Qornik" klubuna da eyni məbləği ödəyib.

Xatırladaq ki, “Qarabağ” Xadra ilə iki illik, İsmahillə isə üç illik müqavilə imzalayıb. 

Xadra “Borussiya”nın (Dortmund) ikinci komandasında, “Brayton”, “Blekbörn”, “Şeffild Yunayted”, “Birmingem”, “Havr” klublarında çıxış edib. Taofiq isə “Skeyd”, “Fredrikstad”, “Loryen”, “Volarenqa”, “Beveren”, “Qornik”, “Lex” klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right