Onun gedişi yenidən gündəmə gəldi “Qarabağ”da qalmaq istəmir

“Qarabağ”dan daha bir futbolçu gedə bilər. 

Newsport.az xəbər verir ki, Joni Montiel Ağdam təmsilçisini başqa kluba dəyişməyi planlaşdırır. 

Buna səbəb isə ispanın “Qarabağ”da az oynamasıdır. Belə ki, Montiel daha çox oynamaq istəyəcəyi kluba keçmək istəyir. 

27 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Montielin xidmətində bir çox klublar maraqlıdır. Onlar arasın Asiya və Avropa klubları da var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right