"Qarabağ" "Lex"də oynamış nigeriyalını istəyir

“Qarabağ” yeni legionerlə müqavilə imzalamağa hazırlaşır.

Newsport.az “Goal.pl” portalına istinadən xəbər verir ki, Polşanın “Qurnik” klubunun nigeriyalı cinah oyunçusu Taofik İsmahil Ağdam klubuna keçə bilər. 

Polşa klubunun hazırkı məşqçilər heyəti İsmahillə etimad göstərmir və buna görə də klub onunla yollarını ayırmağa hazırdır.

"Qarabağ"ın 26 yaşlı hücumçu üçün 700.000 avro ödəyəcəyi iddia edilir.

Nigeriyalı vinger “Fredrikstad”, “Loryen”, “Valarenqa”, “Beveren”, “Lex” klublarında oynayıb. Onun "Qurnik"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right