"Xəzər Lənkəran" "Neftçi" ilə oyuna iki ciddi itki ilə çıxacaq

Premyer Liqanın XXI turu çərçivəsində səfərdə "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" "Böyük oyun"a ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"la matçda qırmızı vərəqə alan Ruslan Cəfərov paytaxt komandası ilə oyunda cənublulara kömək edə bilməyəcək.

Bundan başqa yeni transfer Tural Qürbətov da "Neftçi" ilə matçda forma geyinə bilməyəcək. Hücumçu Ağdam klubu ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu fevralın 13-də baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right