“Neftçi”nin 150-ci böyükhesablı qələbəsi

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb. 2-ci turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.

“Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right