“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.
Newsport.az Peşəkar Futol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib.
Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0.
Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.
“Neftçi”nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. “Ağ-qaralar” Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.