“Sabah” – “Hapoel” oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right