"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi

“Zirə”nin futbolçusu Junior Martins Kambocanın “Prexxanrit Svayrinq” klubuna transfer olub.

Newsport.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.

Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.

“Zirə” klubu Junior Martinsə göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildən "Zirə"də çıxış edirdi. O, 2023-2024 mövsümündə isə "Kəpəz"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right