Rumıniya klubunun üzvü "Neftçi"yə keçməyəcək: "Artıq söhbət bağlandı"

"Botoşani"nin futbolçusu Sebastian Mailat "Neftçi"yə keçməyəcək.

Newsport.az xəbər verir ki, Rumıniya mətbuatı Bakı klubunun Mailat üçün 400 min avro ödəyəcəyini iddia edirdi.

Amma rumın futbolçu "Botoşani" ilə müqavilə müddətini artıracaq. 

Rumıniya klubunun rəhbəri Valeriu İftimye "digisport.ro"ya açıqlamasında bunları deyib: 

"İndi öyrəndim ki, o, artıq ayrılmır. Azərbaycandan olan təklif bağlandı. Bizimlə müzakirə olunan yaxşı bir təklif idi. Başa düşdüm ki, bir neçə istiqamətdə danışıqlar aparılıb və düşünürəm ki, onlar başqa futbolçunu götürüblər. Onun başqa bir təklifi də var idi, amma “Botoşani”də qalmaq və rahat olmaq istədiyini söylədi. Son günlərdəki danışıqlar ona da mənfi təsir etdi, çünki artıq əvvəlki məhsuldarlığını göstərə bilmirdi. Onun həqiqətən xarakteri var. Hazırda getmək söhbəti yoxdur. Bəli, söhbət “Neftçi”dən gedirdi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right