Azərərbaycan Premyer Liqasının XX turunda "İnter” doğma meydanında "Qəbələ”ni qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı şərh edib.
-İki ardıcıl məğlubiyyət alırıq. Çalışacağıq ki, nəticələri düzəldək.
-Ardıcıl məğlubiyyətlərə səbəb nədir?
-Futboldan kənar söhbətlər yoxdu. Futbolçular vaxtı-vaxtında maaş alır. Sadəcə, vəziyyəti düzəltməliyik.
-90 dəqiqə ərzində "Qəbələ”yə qarşı oynamaq çətindir yoxsa küləyə qarşı?
-Birinci hissədə küləyə qarşı oynadıq. İkinci hissədə qol vəziyyələrimiz oldu. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bunu aradan qaldırmalıyıq.
-Bildirdiniz ki, hücumda problemimiz var. Mətbuatda belə bir xəbər yayılmışdı ki, hücumçu axtarışındasınız. Bu barədə işlər gedirmi?
-Biz əvvəllər hücumçu axtarırdıq. Amma ini axtarışı dayandırmışıq. Gələn mövsümündən hücum xəttini gücləndirməyə çalışacağıq.
-Komandanın Avrokubolardan kənarda qalması deyilir. Ola bilərmi bu futbolçuları həvəsdən salsın...
-Bu barədə hələlik qərar qəbul edilməyib. Əgər qəbul olunsa bu futbolçularlı həvəsdən sala bilər.