Azərbaycan Premyer Liqasının XX turunda "İnter” doğma meydanında "Qəbələ”ni qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşmanı şərh edib.
-Qələbədə Dmitri Bezotosninin payının çox olmasından razısınızmı?
-Komandanın oyunundan razı qaldım. Komanda şəkilində döyüşdük. Hamı mübarizə apardı.
-Uğursuz oyunlardan sonra bu günkü qələbəni tilsimin qırılması kimi adlandırmaq olar?
-Mənim yanaşma tərzim başqa cürdü. Mən seriyayafikir vermirəm. Biz məğlub olduğumuz oyunlarda yaxşı oynamışdıq. Lakin, məğlub olmuşduq. Seriya məsələsinə önəm vermirəm.
-90 dəqiqə əvəzetmələrə əl atmadınız. Bunun səbəbi nədir?
-Səbəb yoxdur.
-Zenyov və Antonovun durumu nə yerdədi? Nə vaxt sıralara dönəcəklər?
-Zenyovda beyin silkələnməsi ciddi idi. Bir neçə gün sonra məşqlərə başlayacaq. Antonov isə təxminən 6 həftə sonra oynaya biləcək.
-Baxışda olan Emersonla bağlı fikriniz necədir?
-Onu geri göndərəcəyik.