Sefas “Tvente”yə qarşı oynayacaqmı? Qurbanovdan açıqlama

“Qarabağ”ın futbolçusu Renaldo Sefasın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk oyunda iştirakı sual altındadır.

Newsport.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Bakıdakı mətbuat konfransında bildirib.

O, yamaykalı futbolçunun səhhətində problem olduğunu və meydana çıxmamaq ehtimalının da yüksək olduğunu deyib:

“Mən solda sağ ayaqlı futbolçu istəyirəm. Hazırda belə oyunçumuz Renaldo Sefasdır. Çempionatda onu oynatdıq. Amma “Tvente” ilə görüşdə oynayıb-oynamayacağını bilmirik. Sağlamlığı tam bəlli deyil. Düzdür, yaxşılığa doğru dəyişir. Amma oynamamaq ehtimalı da çoxdur. Belə olarsa, əlavə ciddi problem çıxa bilər”.

Qurbanov sol cinah üçün yeni futbolçu axtardıqlarını da bildirib:

“O mövqeyə bir oyunçu yenə istəyirik. Axtarışlarımız gedir. Görək də. Bəzən olur ki, məşqçi öz istədiyi sistemi, daha çox istədiyi oyunçuları yığır. Hansısa bir dönəmdə alınmayanda başqa bir şey düşünürük. İnanıram ki, bunu da yoluna qoyacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın sol cinahında Elvin Cəfərquliyev “Tvente” ilə matçda zədə səbəbindən komandaya kömək edə bilməyəcək, Abdullah Zubir isə klubdan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right