Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı türkiyəli futbolçu 2021-ci ildən “İnter”in formasını geyinir. O, daha əvvəl “Milan”da çıxış edib. İtaliyaya köçməzdən əvvəl isə Almaniya Bundesliqasında “Bayer” və “Hamburq”un heyətində oynayıb.

“Zlatan İbrahimoviç və Son Hın Min əla futbolçulardır. Çoxlu möhtəşəm futbolçularla oynamışam, seçim etmək həqiqətən də çətindir. “İnter”dən danışsaq, Markus Türamı qeyd edərdim – onun oyun üslubu mənim çox xoşuma gəlir. Türkiyə millisindən isə Arda Turan və Emre Belözoğlunu fərqləndirərdim. Hazırda isə Kenan Yıldızı da bu siyahıya əlavə edərəm”, – deyə Çalhanoğlunun sözlərini “Football Italia” nəşri yayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin “İnter”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right