16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Avstriya yığması ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.
Yığmamız növbəti oyununu fevralın 7-də Malta komandasına qarşı keçirəcək. (AFFA)