Ruan Renato üçün əlamətdar tur

Premyer Liqanın I turu Ruan Renato üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, braziliyalı müdafiəçi “Zirə”nin heyətində 100-cü çempionat oyununa çıxıb. 2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu görüşlərdə 13 qola imza atıb.
 
Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdu. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
 
1. Flavinyo (“Neftçi”) - 133
 
2. Dodo (“Qəbələ”) – 131
 
3. Denis Silva (“Neftçi”) – 116
 
4. Denis Silva (“Şamaxı”) – 113
 
5. Ruan Renato (“Zirə”) – 100
 
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right