"Xəzər Lənkaran" hakimin qırmızı vərəqə qərarından narazıdır

"Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdığı "Qarabağ"la oyunun hakimliyindən şikayətçidir.

Newsport.az-ın məlumatına görə, cənub klubu qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun müdafiəçi Ruslan Cəfərova göstərdiyi ikinci sarı vərəqə ilə razı deyil.

Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, onlar həmin epizod zamanı təyin olunan penaltiyə etiraz etmirlər. Amma Cəfərova ikinci sarı vərəqə səhvən göstərilib və onlar bununla bağlı etirazlarını bildirəcəklər. AFFA-nın Cəfərovu bağışlayıb-bağışlamayacağı isə İntizam Komitəsinin növbəti iclasından sonra bilinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right