“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci

Premyer Liqanın I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Newsport.az xəbər verir ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev oyununa çıxarıb.
 
Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
 
Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdı.
 
Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidi. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right