Ukraynalı futbol mütəxəssisi Mixail Spivakovski Kiyev “Dinamo”sunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirdiyi oyunları dəyərləndirib.
Newsport.az xəbər verir ki, onun fikrincə, həmyerliləri ikili mübarizələrdə Azərbaycan klubunu üstələyib.
“Dinamo” hər iki oyunda mübarizəni çox inamlı şəkildə qazandı. Bu göstəriciyə baxmağa imkan tapdım. Necə deyərlər, tək qapıya oynadılar. İkili mübarizə futbolçuların oyuna motivasiyası və mübarizə əzmini göstərən əsas meyarlardır. “Dinamo”nun bütün futbolçuları “Qarabağ” önündə öz mövqelərində keyfiyyətli çıxış etdilər”, – deyə Spivakovski bildirib.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib.