Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ” doğma meydanında "Xəzər Lənkəran”ı 3-0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra 8 qolla "Qarabağ”ın və Premyer Liqamızıın bombardiri Riçard Almeyda Newsport.az-ın suallarını cavablandırıb:
- "Xəzər Lənkəran”a 3 qol vurdunuz.Qarşılaşma barədə fikirləriniz necədir?
- Çətin oyun olacağını bilirdik. "Xəzər Lənkəran” yaxşı mübarizə apardı. Komanda yoldaşlarım çox səbsiz idi. Bu, daha çox ilk hissədə özünü biruzə verirdi. Məhz buna görə, top itkilərinə yol verirdik. Rəqib komanda isə boşluqları bağlamışdı. İkinci hissədə topa daha çox nəzarət etdik və şansımızı axtardıq. Vacib olan 3 xalı qazandıq.
- Bildirdin ki, "çətin qarşılaşma olacağını bilirdik”. Amma "Xəzər Lənkəran” hazırda yaxşı durumda deyil. Çətin oyun deyəndə nəyi nəzərdə tuturdun?
- Bütün oyunlar çətindir. AZAL-la oyunu xatırlasaq, qol epizodlarımız çox olsa da, rəqib müqavimət göstərdi və 3 xalı qazandı. Qarşıda "Kəpəz”lə də çətin oyunumuz var. Bizim üçün çox ağır olacaq. Ümumilikdə bütün komandalar "Qarabağ”a qarşı yaxşı oynayır. Bu qələbədən sonra daha sakit şəklidə növbəti oyuna hazırlaşacıq.
- Xüsusən ilk hissədə daha çox top itkilərinə yol verdiniz və istədiyiniz oyunu göstərə bilmədiniz. Bunu bir neçə oyunda qələbə qazanmamaqla, yoxsa qış fasiləsindən yorğun qayıtmaqla əlaqələndirmək olar?
- Sizin fikrinizlə razı deyiləm. İlk hissədə də pis oynamadıq. Lazımi qədər qol epizodları da yaratdıq.
- Növbəti turda "Kəpəz”lə qarşılaşacaqsınız. Rəqib son oyunlarda daha aqressiv futbol sərgiləyir...
- Oyunun çətin olacağını yaxşı dərk edirik. Qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.