2026/27-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail”in qonşu ölkədə keçirəcəyi ilk yoxlama oyununda dəyişiklik edilib.
Newsport.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda bu gün yerli saatla 17:00-da (Bakı vaxtı ilə 18:00) Şimali Kiprin TOL klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Bolu Termal Hotel”in stadionunda baş tutacaq.