Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ” doğma meydanında "Xəzər Lənkəran”ı qəbul edib. Oyun "Qarabağ”ın 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, "Qaqrabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransı zamanı qarşılaşmanı belə şərh edib:
"Bizim üçün vacib oyun idi. Çətin və ya asan olduğunu deə bilmərəm. Futbol elədi ki, istənilən komanda gözlənilməz nəticə göstərə bilər. Qolu gec vurduq. Bunun üçün də futbolçular əsəbi idi. Bunu oyundan öncə də futbolçulara demişdim. "Xəzər Lənkəran”ı təbrik etmək istəyirəm. Çətin vəziyyətdə olmalarına baxmayaraq meydanda uduzmaq üçün mübarizə aparmırlar. Cənubluluar həmişə Azərbaycan çempionatına rəng qatıb. Lənkəranı futbolsuz görmək çətin olar. Ümid edirəm ki, onların problemləri yaxın zamanlarda həllini tapacaq. ”