Elbrus Məmmədov Bəhmən Həsənova cavab vermədi: “Özü bilər”

Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ” doğma meydanında "Xəzər Lənkəran”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
 
"Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Öz oyununmuza qalsa çatışmayan cəhətlərimiz çoxdu. Fiziki baxımdan çatışmamazlıqlar var. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq.
 
-Elnur Cəfərov və Kamran Abdullazadənin komandada yeri görsənir?
-Əlbəttə, yeri görsənir.  Onlar əvəzedici komandada mənim rəhbərliyimiz altında oynayıblar. Ümumilikdə komandamızda problemlər var. Xətlərarası çatışmamazlıqlar var. Ümid edirəm ki, qarşıda oyunumuzu qarşı daha yaxşı mübarizə aparmağa çalışacağıq. 
 
-Elnur Cəfərovla, Kamran Abdullazadənin gələcəyi necə olacaq?
-Allah kərimdi. Ümid edirəm ki, komandaya qayıdacaqlar. 
 
-Bəhmən Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, inşallah "Xəzər Lənkəran”ın da 6 xalı silinər...
-Buna cavab vermək istəmirəm. Deyibsə özü bilər. 
 
-Orxan Sadıqlı nəyə görə oynamırdı?
-İstəyirəm ki, Tərlan da təcrübə toplasın. Onun belə oyunlarda meydanda olması önəmlidi. 
 
-Yeni transferlər olacaqmı?
-Yəqin ki, bir-iki futbolçu dəvət olunub. Onları baxışdan keçirəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right