UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Dinamo” klubu artıq Bakıdadır.
Newsport.az Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda cavab matçı üçün Azərbaycana 25 futbolçu ilə gəlib.
Qeyd edək ki, “Dinamo” rəsmi İnstaqram hesabında Bakıya səfər görüntüsünü Azərbaycanın “Tərəkəmə” mahnısının sədası ilə paylaşıb.
“Dinamo”nun Bakıya gələn heyəti
Qapıçılar: Manko, Olxovıy, Surkis
Müdafiəçilər: Bilova, Dubinçak, Kendzor, Maliş, Mixavko, Siç, Ttimçik, Tiare
Yarımmüdafiəçilər: Brajko, Buyalski, Kabaev, Lonveyk, Lyusin, Mixaylenko, Şola, Reduşko, Rubinçiski, Şaparenko, Yarmolenko
Hücumçular: Gerrero, Munqenqe, Ponomarenko.
Xatırladaq ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə “Dinamo”ya 0:1 heabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlayacaq.