"Neftçi"nin futbolçusu Türkiyəyə getdi - "Domjale"nin düşərgəsinə

Sloveniyanın "Domjale" klubunun "Neftçi"nin gənc futbolçusu Samir Məsimovun xidmətində maraqlı olması, hətta bununla bağlı "ağ-qaralar"a rəsmi təklif göndərməsi barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görəSamir artıq Antalyada təlim-məşq toplanışında olan Sloveniya təmsilçisinin düşərgəsinə yollanıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının "Neftçi" - "Rəvan" oyununda (1:1) "ağ-qaralar"ın baş məşqçisi Əsgər Abdullayev Samirin adını ilk "18"-liyə daxil etməmişdi. Məşqçi bunu futbolçunun hazır olmamasıyla əlaqələndirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right