“Oyun gözlədiyimizdən daha çətin keçdi. “Rəvan” hörmət ediləsi komandadır. Bu gün də bizə qarşı güclü mübarizə apardılar və bunun nəticəsində bizdən xal aldılar".
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Rəvan"la oyundan (1:1) sonra deyib.
Gənc futbolçu şansın komandasından üz dördəndiyini bildirib: "Oyuna zəif başladıq, bəlkə də rəqibi ciddiyə almadıq deyə xal itkisi baş verdi. Düzdür, qol imkanlarımız da oldu, amma şans da bizdən üz döndərdi. İnşallah, növbəti oyunlarda çalışacağıq qələbə qazanaq”.