Novruz Məmmədov: “Oyuna çıxmamağı düşünmürük”

Premyer Liqasının XX turunda "Rəvan” səfərdə "Neftçi”nin qonağı olub. Qarşılaşma 1-1 hesablı bərbaərliklə başa çatıb. Matçdan sonra "Rəvan”ın futbolçusu Novruz Məmmədov  Newsport.az-a müsahibə verib.



-"Neftçi” ilə bərabərə qaldınız. Qarşılaşma haqqında fikirləriniz necədi?
-Çətin oyun idi. "Neftçi” iddialı komanda olduğu üçün oyuna şox ciddi hazırlaşmışdıq. Turnir cədvəlinə baxanda vəziyyətimiz yaxşı deyil.  Xallar qazanmaq istəyirik. Bacardığımız qədər xal ehtiyatımızı artırmağa çalışırıq. 
 
-Ötən tur "Xəzər Lənkəran”la heç-heçə etdiniz. Deməkl olar ki, autsayder qrupunda əsas rəqibiniz "Xəzər Lənkəran”dı. "Xəzər Lənkəran”a çatmaq mümkün olacaqmı?
-İlk növbədə fikrimiz "Xəzər Lənkəran”a çatmaq və mümkün qədər onları keçmək istəyirik.  Hər oyuna mübarizə aparmaq və xal qazanmaq üçün çıxırıq.
 
-Nəticə ilə razısınızmı?
-Düzdü, son dəqiqələrə yaxın qol buraxdıq. Qələbə qazanmağı düşünürdük. Bəlkə də 1 xal barədə düşünsəydik məğlub olardıq.  Qələbə qazansaydıq yaxşı olardı. Amma 1 xal da pis nəticə deyil. 
 
-Komandada maliyyə durumu necədir? "Neftçi” ilə oyuna çıxmayacağınızla bağlı xəbərlər dolaşırdı. Bu gün də belə bir xəbər çıxıb ki, maaşlarınızı almayacağınız təqdirdə qarşıdakı oyunlara çıxmamağı düşünürsünüz...
-Bu barədə məlumatı ilk olaraq sizdən eşitdim. Oyuna çıxmamağı düşünmürük. Düzdü, maliyyə problemlərimiz var. Maaş almırıq. Hal hazırda aldıqlarımız avans məbləğlərdi.  Bundan sonra nə olacağı zaman gösərəcək.
 
-Deyilənə görə bu gün meydanda aksiya edəcəkdiniz... 
-Yox, belə bir fikrimiz yox idi. Meydanda oyun barədə düşünürdük. 
 
-Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?
-Bu barədə danışmaq istəmirəm.  Nə oldusa göz qabnağında oldu. Yasinin qırmızı vərəqə aldığı epizoddan uzaq idim. Hər-halda bu barədə futbolçu özü daha yaxşı danışa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right