Vaqif Cavadov “Zirə”yə qarşı oynayacaqmı?

"Sumqayıt”ın yeni transferi Vaqif Cavadovun zədələnməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.

Newsport.az saytının məlumatına görə, "kimyaçılar”ın məşqində zədə alan futbolçunun son durumuna aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, Cavadovun durumu ciddi deyil. Onun Azərbaycan Premyer Liqasının XX turunda "Zirə”ilə qarşılaşmada ehtiyatdan başlayacağı gözlənilir.
 
Qeyd edək ki, "Sumqayıt” – "Zirə” oyunu bu gün 15:00-da "Kapital Bank Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right