"Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi

“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.

Newsport.az xəbər verir ki, bir gün ərzində iki görüş baş tutub.

İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Görüşdəki qollara "Şəfa"dan Elmir Tağıyev və Elnur Cəfərov, "Neftçi"dən isə Nicat Məhərrəmov imza atıblar.

Paralel keçirilən digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüş "Şəfa"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nahid Əliyev, Musa Queli və Nihad Quliyev qolların müəllifi olublar.

Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçirib.

Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right