"Erik Ramos məni təxribata çəkdi" MÜSAHİBƏ

"Rəvan"ın forvardı Yasin Həmid "Neftçi" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:


- Görüş haqda nə deyəcəksən?
- Yaxşı oyun alındı. Mənim üçün Azərbaycanda ilk oyunlardandı. Bir müddət əvvəl gəlmişəm. Azərbaycan çempionatının səviyyəsi də yaxşıdı. "Neftçi" də çox yaxşı komandaymış. Uşaqlara afərin deyirəm ki, xal götürə bildik.

 

- Qırmızı vərəqə alaraq meydandan qovuldun. Həmin anda nə baş vermişdi?
- Erik Ramos məni sadəcə təxribata çəkdi. Öncə o, məni əli ilə itələdi. Mən də onu sadəcə itələdim və yerə sərildi. Bəli, baş hakimin qərarı ilə razıyam, qırmızı vərəq var idi. Özüm günahkaram.


- Baş hakim sənə qırmızı vərəq göstərsə də, meydanı tərk etmək istəmirdin...
- Bəli, tərk etmək istəmirdim. Orada mən emosiyalara qapıldım. Həyatımda ilk qırmızı vərəqə idi.


- Oyundan sonra baş hakimə yaxınlaşdın və ona nələrsə deyirdin. Nə baş vermişdi orada?
- Sadəcə ondan soruşurdum ki, mənə niyə qırmızı vərəqə göstərdi. Uşaqlar da oyundan sonra mənə dəstək oldular. Belədə sakitləşdim. 

 

- Deyilənə görə, rəhbərlik pulunuzu verməsə, qarşıdakı turlara çıxmayacaqsız..
- Bu yalan məlumatdı. Biz məşqimizi edib, oyunlara hazırlaşırıq. Pulu ödəyəcəklər ya yox, bu barədə bir söz deyə bilməyəcəm. Çünki komandada yeniyəm.


- Azərbaycanlı olduğun deyilirdi. Həqiqətən, Azərbaycanla bağlılığın var?
- Xeyr, mən azərbaycanlı deyiləm. Atam misirli, anam isə Krımdandı. Azərbaycanla bağlılığım yoxdu.


- Azərbaycan futboluna öyrəşə bilmisən? "Stal"da sənə rahat idi, yoxsa "Rəvan"da?
- Mən buraya futbol praktikamın çox olması üçün gəldim. Bizim şəhərdə müharibə gedirdi deyə, bir il oynamadım. "Rəvan"a ancaq oynamaq üçün gəldim.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right