Bu gün "İnter"in prezidenti Rəşad Qasımov "İnter" azarkeş klubunun üzvləri ilə görüşüb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə Rəşad Qasımov "İnter" komandasına göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.
Azarkeş klubları arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasının vacibliyinə toxunan klub prezidenti əlavə edib ki, "İnter" azarkeşləri oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidilər. "İnter" azarkeş klubu üzvlərinin indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan Rəşad Qasımov belə xoş tendensiyanın bundan sonra da davam edəcəyinə əmin olduğunu vurğulayıb.
Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparılıb.