“Rəvan”ı aşağılamaq fikrim yoxdu, lakin... - Araz Abdullayev

"Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Premyer Liqanın XX turunda “Rəvan”la heç-heçə oynadıqları (1:1) görüşü şərh edib.

Newsport.az saytına müsahibəsində təcrübəli futbolçu deyib:"Etiraf edək ki, birinci hissə o qədər də yaxşı oynamadıq. Ancaq ikinci hissə başlayan kimi bir neçə imkanımız oldu. Onlardan istifadə edə bilmədik. Rəqibin hesabı açmasına baxmayaraq, ruhdan düşmədik və cavab qolunu vurmağı bacardıq. İkinci qolu da vura bilərdik, ancaq şanssızlıq imkan vermədi. "Rəvan"ı da səfərdə qazandığı bir xala görə təbrik edirəm. Artıq bu matçı unudub, sonrakı oyunlar üçün hazırlaşmalıyıq.

"Qarabağ", "Qəbələ" kimi rəqiblərlə oynayanda motivasiya daha güclü olur. Bu cür oyunlarda da çalışırıq ki, oyuna daha ciddi yanaşaq. Ancaq futbolda bu cür nəticələr qaçılmazdı. "Rəvan"ı aşağılamaq fikrim yoxdu, lakin baxırsan ki, "Neftçi"yə qarşı oynayanda başqa cür çıxış edirlər. Biz də çalışdıq. Qalib də gələ bilərdik".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right