Premyer Liqanın XX turunun açılış matçında "Neftçi" ilə "Rəvan" "Bakcell Arena"da üz-üzə gəlib.Gərgin keçən matç 1-1 hesablı bərabərliklə başa çatıb. Matçı hər iki komanda 10 nəfərlə tamamlayıb. Belə ki, 82-ci dəqiqədə "Neftçi"nin futbolçusu Filyo Jairo Rodriges, 85-ci dəqiqədə isə "Rəvan"dan Yasin Həmidi qırmızı vərəqə alaraq meydandan qovulub.
Matçdan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov həmin epizodlarla bağlı Newsport.az saytına açıqlamasında bunları deyib: “Hakimin göstərdiyi qırmızı vərəqələr düzgün idi. Həqiqətən də həmin epizodlarda kobudluq var idi”.
Hakimlər Komitəsinin sədri FIFA referisi Orxan Məmmədovun cəzalandırıldığına dair xəbərləri bir daha təsdiqləyib: “Bəli, cəzalanıb. Lakin onun cəza müddətini açıqlaya bilmərəm".