Əsgər Abdullayev: “Futbolçularımız bunu dərk etmirlər”

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Rəvan"la heç-heçə edən (1:1) "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Abdullayev belə danışıb:

- Oyundan da, nəticədən də narazıyam. Nə qədər ki komandaları reytinqlərə böləcəyik, nəticə də olmayacaq. Oyuna səthi yanaşmaq olmaz. Komandaları reytinqlərə bölmək düzgün deyil.. İstənilən komandanı dərk etmək lazımdı. Yəqin futbolçularımız bunu dərk etmirlər. Bu gün "Neftçi” öz oyununu oynamadı. Bunun səbəbi nədir? Bu barədə müzakirə aparacağıq.

- Legionerlərin oyunu sizi qane etdimi?
- Komanda bütövlükdə zəif oynadı. Mən istədiyim oyunu göstərə bilmədi. Yerli və legionerlər arasında bölgü aparmaq istəmirəm. Rəqibə yuxarıdan aşağı baxmaq lazım deyil. İkinci hissədə toparlanmağa çalışsaq da, artıq gec idi. Məşqçi oyunu təhlil edir, futbolçularla danışır. Görünür ki, futbolçular tam olaraq, məsuliyyət dərk etmirlər.

- Hakim idarəçiliyindən razı qaldız?
- Mən hakimlik barədə heç vaxt danışmıram. Aidiyyat qurumlar var, onlar məşğul olarlar. Amma bu məsələ bizim yaralı yerimizdi.

- Samir Məsimova Sloveniyanın "Domjale" klubundan təklif gəlmişdi. Bu gün Samirin adı oyunun iştirak ərizəsinə salınmamışdı. Bu, onun komandadan ayrılacağından xəbər verir?
- Xeyr, Samir hələ ki, komandadan getməyib. Onun "18"-liyə salınmamasına səbəb, hazır olmamasıdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right