Bəhmən Həsənov: “Şikayət etməkdən yorulmuşam”

Azərbaycan Premyer Liqasının XX turunda "Rəvan” səfərdə "Neftçi”nin qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.
Newsport.az-ın məlumatına görə, Həsənov oyun barədə belə danışıb:

- Rəqib yaxşı komandadı. Texnikalı, sürətli oyun nümayiş etdirirlər. Xal qazanmaq üçün nə bacarırıqsa, etdik. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm . Bir neçə oyunçumuz zədəli idi. Hakimlərdən narazılığım yoxdu. Heç kimdən incimirəm. Hakimlikdən nə şikayət edəsiyəm? Nə bacarırdılarsa, onu da etdilər. Şikayət etməkdən yorulmuşam. İnşallah zamanla düzəllər. Ancaq sarı qırmızı vərəqəylə bağlı şikayət edəcəyik. Ramos simulyasiya edirdi. Ruslan ona qarşı kobud oynamamasına baxmayaraq, sarı aldı. Necə oldu ki, Ramos yıxılır, sonra qalxıb gülür?

-Hakimlərdən şikayətiniz var?
-Xeyr, nəyə görə şikayət etməliyəm. Şikayət etməkdən yorulmuşam. Hakimləri qınamıram. İnşallah gələcəkdə daha yaxşı oyun idarə edə biləcəklər. 
 
-Sanki futbolçularda fiziki yorğunluq var...
-Bəli, etiraf edirəm.  Futbolçularımız yorğundu. Çünki qış fasiləmiz yaxşı alınmadı. 1-2 futbolçumuz var onun da axırına hakimlər çıxır. Yasin Həmidin qırmızı vərəqə aldığı epizodda qayda pozuntusu yox idi. Erik Ramosun necə futbolçu olduğunu hamı bilir. Epizodla bağlı şikayət edəcəyik. 
 
-Komandada maliyyə durumu necədir?
-İnşallah yaxşı olacaq. Həftəninin ilk günü maaşların veriləcəyi gölənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right