"Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir" Miron Markeviç

"Konfrans Liqasındaı komandalar daha asandır. Amma ötən mövsümə nəzər salsaq, "Dinamo" bu turnirin qrup mərhələsinə vəsiqə qazansa da, 36 komanda arasında 27-ci yeri tutub. Bu barədə başqa heç nə deməyə ehtiyac yoxdur".

Newsport.az xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Miron Markeviç Meta.ua saytına müsahibəsində deyib.

Ukrayna millisinin keçmiş baş məşqçisi Kiyev təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasından da danışıb. O bildirib ki, "Dinamo" "Qarabağ"ı keçməyə borcldur:

"Qarabağ" mütləq məğlub edə biləcəyimiz və etməli olduğumuz rəqibdir. Amma yenə də, bu cür oyunla bu matçda problemlər yarana bilər. Diqqətimizi cəmləməliyik. Bunu zaman göstərəcək. İndiyə qədər "Dinamo" ilə bağlı yalnız məyusluqlar olub".

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab matçı ayın 13-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right