"Sabah"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olub.

"Sabah" növbəti – III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu mübarizədən kənarlaşdıra ilsə, pley-off-da "Hapoel" (Beer-Şeva, İsrail) – "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə üz-üzə  gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right