Samir Abasov ölkə xaricindən təklif alıb

"Neftçi"dən ayrılandan sonra işsiz olan Samir Abasova yeni təklif gəlib.

Newsport.az xəbər verir ki, bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

Məşqçi karyerası ərzində "Sumqayıt", "Zirə" və "Neftçi" kimi klubları çalışdırmış 48 yaşlı mütəxəssis bu dəfə ölkə xaricinə yollanmağa yaxındı. Mənbəmizin sözlərinə görə, ona Şərqi Avropa ölkələrinin birinin elitasında çıxış edən klubun "sükanı arxasına" keçmək təklif olunub. Artıq bu barədə tərəflər arasında ilkin danışıqlar da baş tutub.

Abasov  düşünmək üçün qarşı tərəfdən vaxt istəyib. Yaxın bir həftə ərzində bütün suallara aydınlıq gəlməlidir.

Qeyd edək ki, "Neftçi" sonuncu dəfə məhz sumqayıtlı mütəxəssisin rəhbərliyi altında çempionluq sevinci yaşayıb. "Sumqayıt"da işlədiyi dönəmdə isə komanda Konfrans Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right