“İmişli” növbəti yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, təlim-məşq toplanışını davam etdirən Premyer Liqa təmsilçisi “Karvan-Yevlax"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
“İmişli”nin qoluna Seyxan Fərəcov imza atıb.
Qeyd edək ki, "İmişli" bundan əvvəl “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.