Reynaldodan yeni xəbər: bu tarixdə meydanda ola bilər!

"Qarabağ”ın aparıcı üzvü Reynaldonun zədəli olmasından xəbərdarsınız.

Newsport.az-ın məlumatına görə,bir müddət öncə Braziliyada əməliyyat olunan futbolçu hazırda "Qarabağ”ın düşərgəsində fərdi məşqlərlə kifayətlənir. 
Artıq "sambaçı”nın Ağdam klubuna kömək edəcəyi tarix bəlli olub. Əldə etdiyimiz məlumata görə, Reynaldo 3 həftə sonra komandaya kömək edəcək. 

Onun Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter”lə qarşılaşmada meydanda olması gözlənilir. Hər hansı dəyişiklik qeydə alınmasa futbolçu böyük ehtimalla "İnter”lə qarşılaşmada bir neçə dəqiqə meydanda ola biləcək.

Qeyd edək ki, "İnter” – "Qarabağ” oyunu fevral ayının 27-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right